AZ

COP29-un səkkizinci GÜNÜ - Portuqaliya pavilyonunda ölkə nazirləri bir araya gəldi - FOTO

COP29 konfransına rəsmilərin gəlişi davam edir. Demək olar ki, hər ölkənin pavilyonunda müxtəlif nazirlər və hökümət nümayəndələri çıxış edir. 

Bizim.Media xəbər verir ki, Portuqaliya pavilyonunda bir neçə ölkənin nazirləri bir araya gəlib.

Onlar iqlim fəaliyyətində hüququn rolunu, bununla dünyanı xilas etməyin mümkünlüyünü müzakirə ediblər. Hər bir ölkə iqlim dəyişikliyi ilə necə mübarizə apardıqlarından danışıblar. 
 

Rəsmilər arasında Estoniyanın İqlim naziri Yoko Alender, Litvanın Ekologiya naziri Simonas Gentvilas, Ukraynanın Ekologiyanın qorunması nazir müavini Olga Yukhymchuk, Moldovanın Ekologiya naziri Marina Lungu və s. hökümət nümayəndələri yer alıb.


Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün sessiyanın səkkinci günüdür.








Nuray, Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr