AZ

“6-cı maddə üzrə əməkdaşlıq edən ölkələr yüksək standartlara riayət etməlidirlər” - Yaponiyalı nazir - VİDEO

“COP29-da Paris Sazişinin 6-cı maddəsinin əhəmiyyətli məsələ olduğunu anlayırıq. Biz də öz növbəmizdə sözügedən maddənin Tətbiqi Tərəfdaşlığını işə salmışıq. Bu tərəfdaşlıq yanaşmaları dünyanın müxtəlif yerlərində müzakirə olunur. İndiyə qədər 81 ölkə, eləcə də digər 170 təşkilat və özəl sektor qurumu bu fəaliyyətin əhatə dairəsini genişləndirmək üçün cəlb olunub”. 

Bunu Bizim.Media-ya COP29-un bugünkü sessiyasında Yaponiyanın ətraf mühitin mühafizəsi naziri Sintaro İto deyib.

Onun sözlərinə görə 6-cı maddə təkcə emissiyaların azaldılmasının mexanizmi deyil:
 

“O, kollektiv fəaliyyət, ağıl, iddia və sıfır emissiyaya doğru irəliləyiş kimi məqsədləri təşviq etməyə çalışır. 6-cı maddə çərçivəsində uğur qazanmaq üçün əməkdaşlıq yanaşmasında iştirak edən ölkələr yüksək standartlara riayət etməlidirlər”.


Qeyd edək ki, bu gün COP29-un gündəliyində duran məsələlərindən biri də Paris Sazişinin 6-cı maddəsidir. Bu maddə dövlətlərin yumşaltma və uyğunlaşma fəaliyyətlərini daha da gücləndirmək, ətraf mühitin bütövlüyü və davamlı inkişafın təşviq edilməsinə imkan yaratmaq üçün bəzi Tərəf ölkələrin özlərinin milli səviyyədə müəyyən edilmiş töhfələrinin həyata keçirilməsində könüllü şəkildə əməkdaşlıq etmələri kimi məsələlər öz əksini tapıb. Həmçinin bu maddə daha çox beynəlxalq karbon bazarlarını əhatə edir.


Nuray, Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr