AZ

HƏMAS siyasi ofisi Qətərdən Türkiyəyə köçməyib

Bakı, TurkicWorld

Bazar ertəsi günü Türkiyə diplomatik mənbəsi HƏMAS-ın siyasi ofisini Qətərdən Türkiyəyə köçürdüyünə dair xəbərləri təkzib edib və əlavə edib ki, Fələstin silahlı qruplaşmasının üzvləri ölkəyə yalnız vaxtaşırı səfər ediblər. TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Qətər keçən həftə HƏMAS və İsrailə bildirib ki, Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmada vasitəçilik səylərini müqvvəqəti dayandıracaq.
Doha həmçinin bildirib ki, KİV-in HƏMAS-a körfəz ərəb ölkəsini tərk etməsini söyləməsi barədə xəbərlər doğru deyil.

NATO üzvü Türkiyə Qəzza zolağında və Livanda həyata keçirdiyi hücumlara görə İsraili şiddətlə tənqid edir və HƏMAS-ı terror təşkilatı hesab etmir. HƏMAS-ın bəzi siyasi rəsmiləri mütəmadi olaraq Türkiyəyə səfər edirlər.

“HƏMAS Siyasi Bürosunun üzvləri vaxtaşırı Türkiyəyə səfər edirlər. HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçdüyünü göstərən iddialar həqiqəti əks etdirmir”, – deyə diplomatik mənbə bildirib.

Seçilən
43
turkic.world

1Mənbələr