AZ

Minimum əmək haqqı ilə bağlı MÜHÜM AÇIQLAMA

“Sevindim ki, bu dəfə də verdiyim proqnoz tam dəqiqliyi ilə özünü doğrultdu. İlin ortalarından bəri, müxtəlif vaxtlarda media üçün müsahibələrim zamanı minimum əmək haqqının 16% artırılaraq 400 manat olacağını proqnoz etmişdim. Artıq bu artım “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb”. Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

 

O əlavə edib ki, inflyasiya hesablanarkən 528 növ məhsul və xidmətlərdə olan qiymət dəyişkənlikləri əsasında orta göstərici çıxarılır:

 

“İnsanların daha çox istifadə etdikləri məhsulların qiymətində artım, orta statistik göstəricidən adətən yuxarı olur. Buna görə də düşünürdüm ki, ötən il inflyasiya tək rəqəmli olsa da, bu il də 5% ətrafında olacağı proqnoz edilsə də, ölkə rəhbərinin minimum əmək haqqının 400 manata çatdırmaq üçün 16% faiz artırılması ilə bağlı tapşırığın olacağını gözləyirdim.

 

Minimum əməkhaqqı artırılan zaman bununla əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar”.

Tarix: 18 Noyabr 2024, 17:46   
Seçilən
21
3
pravda.az

3Mənbələr