AZ

Ermənistanda 2 nazir və 4 yüksək vəzifəli məmur istefaVERİB

Baş nazir Nikol Paşinyanın Ermənistanda administrasiyada dəyişiklik olacağı ilə bağlı bəyanatından sonra 2 nazir və 4 komitə və şura sədri istefa ərizəsi verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Bildirilib ki, daxili işlər naziri Vahe Qazaryan, regional idarələr və infrastruktur naziri Qnel Sanosyan, o cümlədən Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan və sədri Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan istefa ərizəsi yazıb.

Baş nazir Paşinyan "Facebook" hesabındakı paylaşımında bu istefaları tələb etdiyini, lakin bu tələbin şəxsi səbəblərlə deyil, sistem dəyişikliyi ilə bağlı olduğunu qeyd edib və işdən çıxanlara xidmətlərinə görə təşəkkür edib.

Paşinyanın bu gün Vatikana rəsmi səfərindən qayıdandan sonra istefaları qəbul edəcəyi və vəzifələrindən ayrılanların yerinə yeni təyinatlar edəcəyi gözlənilir.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
40
1
redaktor.az

1Mənbələr