AZ

Almaniyanın Şərqi Biznes Assosiasiyası ilə biznes tərəfdaşlığının gücləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb.

“İki sahil” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, tərəflər bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın Şərqi Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksəksəviyyəli biznes dialoqunun keçirilməsinin əhəmiyyətinə toxunub, ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğulayıblar. Həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanları müzakirə olunub.

Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən yaşıl layihələr yüksək qiymətləndirilib.

Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Seçilən
28
11
ikisahil.az

10Mənbələr