AZ

Bu qidalar diyetik adlanır, amma adamı kökəldir – SİYAHI

Bəzi məhsullar heç bir aidiyyatı olmasa da diyetik hesab olunur. Əslində, həmin qidaların sayəsində əlavə çəkilər getmir, əksinə qazanılır.

Onların arasında qurudulmuş meyvələr də var. Tərkibinə diqqət yetirmək vacibdir, çünki qurutma prosesində çox vaxt şəkər əlavə olunur.

Bir şüşə qazlı içkidə kalorinin olmadığı barədə yazılması, bu o demək deyil ki, sağlamlığa ziyan vermir. Belə ki, süni dadlandırıcıların olduğu  qazlı içkilər iştahı və şirniyyata olan həvəsi artırır.

Tərəvəz çipsləri... Onların bir çoxu kartof ilə eyni şəkildə hazırlanır. Çoxlu yağ və duz əlavə edirlər.

Aparılan bir araşdırma adi süd içənlərin yağsız südü seçənlərə nisbətən daha tez arıqladığını göstərib.

Bundan əlavə, yalnız heç bir qatqısı olmayan qatıq sağlam sayılır. Qalanları şəkər, yağ və əlavələrlə zəngindir.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr