AZ

Maşınlar qışa necə hazırlanmalıdır? - AÇIQLAMA

Qış aylarında maşının düzgün şəkildə hazır olması, təhlükəsiz sürüş və sürücü rahatlığı baxımından çox önəmlidir. Hava şəraiti kəskin dəyişir, soyuq havada və ya qarla qarşılaşdıqda maşının yaxşı işləməsi üçün müəyyən tədbirlər görülməlidir. 

Maraqlıdır, sürücülər maşını qışa necə hazırlamalıdır?

Bu barədə Hit.az-a açıqlama verən avtomobil üzrə mütəxəssis İlqar Məmmədov deyib ki, qışda soyuq hava akkumulyatorun gücünü zəiflədir, bu da maşının işə salınmasında çətinliklərə səbəb olur:

“Buna görə də akkumulyatorun yaşı və vəziyyəti nəzərə alınmalıdır. Əgər akkumulyator köhnədirsə və ya zəifdirsə, qışa girmədən əvvəl dəyişdirilməsi tövsiyə olunur. Akkumulyatoru yoxlayarkən, onun təmiz və yaxşı vəziyyətdə olduğundan əmin olun. Polad təmasları və kabellərin təmiz olması da mühümdür.

Qışa girmədən əvvəl mühərrik yağı və filtrini dəyişdirmək vacibdir. Soyuq havalarda daha qalın yağlar işləyir və mühərrikin işini çətinləşdirə bilər. Buna görə qış üçün uyğun, daha incə viskozite dərəcəsinə malik yağlardan istifadə etmək daha yaxşıdır. Qış aylarında təkərlər çox əhəmiyyətlidir, çünki sürüşkən yollarda yaxşı yol tutuşu təhlükəsizlik üçün çox vacibdir. Qış mövsümündə xüsusi qış təkərləri istifadə etmək vacibdir. Bəzi ölkələrdə qış təkərlərinin istifadə edilməsi qanunla tənzimlənir”.

Murad

Seçilən
50
hit.az

1Mənbələr