AZ

"Norm OJSC" işçi axtarır - VAKANSİYA

Norm OJSC

Debitor Hesablar üzrə Mühasib

Son tarix 18 dek 2024 - [email protected]

İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi. 
  • Mühasibatlıq üzrə diplom 
  • Mühasibatlıq üzrə üzrə 2 ildən artıq iş təcrübəsi 
  • İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
  • ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür
  • SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır

Vəzifə və Öhdəliklər:

  • Ödəniş və digər gəlir hesablarının adekvat şəkildə idarə olunması, habelə dəqiq surətdə və vaxtında başa çatdırılması üçün əməliyyatların uçotunun aparılması, hesabların təhlili və  əsas hesabların tutuşdurulmasının təmin edilməsinə cavabdehlik
  • Müştəri/təchizatçı arasında baş verən mübahisələr, hesab və qalıqların təhlili, proses və ya sistemlə bağlı məsələlər və s. meydana çıxan müxtəlif problemlərin həllinə köməklik etməklə departament rəhbərliyinə dəstək verir
  • Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi, satış hesabatı və satışla bağlı vergilər
  • Bütün müştəri hesab-fakturalarının və ödənişlərinin ERP sistemində düzgün kodlaşdırılmasının təmin edilməsi
  • Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili
  • Müştəri suallarının cavablandırılması
  • Müştəri müraciətlərinə baxılması və lazım gələrsə hesablardakı uyğunsuzluqların aradan qaldırılması
  • Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili, üzləşmələrin aparılması və idarə olunması
  • Pul vəsaitlərinin dəqiqliyinin və satışla bağlı uyğunlaşdırmaların vaxtında yerinə yetirilməsinin təmin olunması
  • Departamentdə yeni və möcud siyasətlər və prosedurlara riayət olunması və dəstəklənməsi
  • Ayın sonunda mühasibat uçotu hesablarının bağlanmasına və maliyyə hesabatlarının tamamlanmasına dəstək
  • Lazım gələrsə mühasibatlıqla bağlı digər layihələrin dəstəklənməsi
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 2 Dekabr 2024-cü il

Seçilən
29
2
fed.az

3Mənbələr