"Uşaqlarda boğaz əti körpə yaşlarda kəsilməməlidir".
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bunun səbəbini aşağıdakı kimi izah edib:
“Uşaqlarda tez-tez boğazgəlmə olanda, yəni anginalara rast gələndə valideynlər düşünürlər ki, yəqin, boğaz əti yəni badamcıqlar kəsilməlidir. Bu, yanlış fikirdir. Badamcıqlar immunitetin əsas hissəindən biridir, qoruyucu funksiya daşıyır. Biz onu körpə yaşlarından kəsdirsək, uşağın immunitetini açıq qapı qarşısında qoyuruq və o mühafizəsiz qalır. Buna görə də maksimum dərəcədə biz badamcıqları qorumalıyıq.
Bəs nə edək ki, uşağımızın boğazı tez-tez gəlməsin?
Bunun üçün biz bilməliyik ki, orada hansı mikroblar məskunlaşır. Hər dəfə uşaq soyuqlayanda, qripə yoluxanda orada hansı mikrobun aktivləşdiyini öyrənmək üçün boğazdan əkilmə testi verməliyik. Həmin mikrobu bildikdən sonra buna aid izopatik müalicə edirik və o mikroba aid olan hissəcikləri daşıyan preparatlar təyin olunur. Beləliklə mikroba qarşı müdafiə vasitələri yaradır və növbəti dəfə mikrob aktivləşmək istəyəndə immunitet artıq onu məhv edir. Buna görə də vaxtınnda həkimə müraciət etmək lazımdır”.
A.İsmayılzadənin sölərinə görə, belə hallarda inteqrativ tibb mütəxəssisinə müraciət etmək lazımdır:
“Lakin hər dəfə antibiotik yazan həkimə deyil, yaxşı olar ki inteqrativ tibb mütəxəssisinə müraciət edəsiniz ki, yanaşma doğru olsun. Çünki burada problem sadəcə boğazda deyil, bütün orqanizmdədir. Yəni ilk növbədə onun bağırsaq mühiti sağlamlaşdırılmalıdır. Çünki immunitetin 70%-i orada yeləşir. Daha sonra isə uşaqda düzgün qidalanma təyin edilməlidir”,- deyə o əlavə edib.