AZ

Baş katib G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-də Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində "liderlik" nümayiş etdirmələrinin vacibliyini dilə gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, noyabrın 18-dən etibarən dünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib: "COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də G20 ölkələrindən liderlik və kompromis tələb edəcək".

G20 ölkələrinin böyük bir iqtisadi gücə sahib olduğuna diqqət çəkən Quterreş, "Əllərində böyük bir diplomatik güc var. Bunu əsas qlobal problemlərin öhdəsindən gəlmək üçün istifadə etməlidirlər" deyib.

Qəzza, Livan, Ukrayna və Sudan kimi bölgələrdə davam edən müharibələrə toxunan Antonio Quterreş sülhün təmin edilməsi üçün addımların atılmasını istəyib.

Ölkələrin mövcud iqlim siyasətlərinin 1,5 dərəcə Selsi hədəfinə yetərli olmadığını bildirən Quterreş qlobal emissiyaların 80 faizindən G20 ölkələrinin məsuliyyət daşıdığına diqqət çəkib.

Seçilən
13
2
sesqazeti.az

3Mənbələr