1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Bakıya səfəri çərçivəsində Azərbaycanın maye və suda həll olunan gübrələr istehsalçısı AZCHEMCO şirkətinin pavilyonunu ziyarət edib.
Oxu.Az xəbər verir ki, şirkət nümayəndələri şoranlaşmış torpaqların bərpası və kənd təsərrüfatına qaytarılması layihəsində əldə olunan irəliləyişləri qonağa təqdim ediblər.
Layihə çərçivəsində "Azelab" və "Intertek" tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpaq şoranlığının 3.6-dan 0.3-ə qədər azalması sübuta yetirilib ki, bu da şoran torpaqlardan kənd təsərrüfatında istifadənin mümkünlüyünü təsdiqləyir.