Millimizin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında sabah İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
“Football-plus.az” xəbər verir ki, mütəxəssis təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb:
– Məqsədinizin Aç-2028-ə qatılmaq olduğunu demisiniz. Millinin heyətinin və gənclərin bunu bacaracaq potensialı var?
– Əlbəttə, güclü heyət qurmaq, qələbələr qazanmaq istəyirik. Son üç matçda oyunumuzda böyük dəyişiklik var. Bunlar göstərir ki, doğru yoldayıq və davam etməliyik.
– Qəbələdəki oyundan sonra üç oyunçu heyətdən kənarda qaldı. İsveçə qarşı fərqli taktiki sxemdən istifadə edə bilərsiniz?
– Taktika yox, fəlsəfə vacibdi. Hər oyununun öz taktikası var. Ola bilsin, bəzi dəyişikliklərə gedək. Rəqib də hər oyuna xüsusi yanaşır. Onların sxeminə uyğun çalışırıq düzgün taktika seçək. Elə heyət olmalıdı ki, həm müdafiədə yaxşı olsun, həm hücumda. Bura gələndən qələbə qazana bilməmişəm. Demək olar, bütün oyunlarda yaxşı çıxış etmişik, hücumlar qurmuşuq.
– Gələcəyi düşündüyünüzü deyirsiniz. Sabahkı oyunda millinin gələcəyi olan, ancaq ehtiyatda qalan uşaqlara şans verməyi düşünürsünüz?
– Dərhal bunu etsək, istədiyimiz heyət inkişaf etməz. Dərhal belə dəyişiklik olmaz. Müəyyən heyət milli səviyyəsində inkişaf etməlidir. Əlbəttə, milli komanda klub kimi deyil. Futbolçular daim bərabər olmur. Yığmada müəyyən vaxt məşq edirsən, sonra kluba qayıdırsan. İl ərzində az görüşlər olur. Mərhələ-mərhələ gəncləri adaptasiya etməyə çalışacağıq. Sabahkı matçda dəyişikliklər ola bilər. Bəzi oyunçular yorğun ola bilər. Hər şey gözlənilir. Əlbəttə, İsveç millisi Estoniya ilə müqayisədə fərqli oyun nümayiş etdirir. Buna uyğun bəzi alternativlər edə bilərik. İstədiyimiz nəticə üçün hər şeyi edə bilərik.
– Mahir Emreli cüzi olsa da, şansların olduğunu dedi. Siz necə düşünürsünüz, C Liqasında qalmaq mümkün olacaq?
– Bunun üçün mübarizə aparacağıq. Oyundan əvvəl nəyisə demək olmaz. Çalışacağıq ki, qələbə qazanaq. Güclü rəqibə qarşı oynayacağıq. Keyfiyyətli futbolçuları var. Oyundan əvvəl nə uduzursan, nə qalib gəlirsən. Özümüzə və fəlsəfəmizə inanmalıyıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta