AZ

B-52 Rusiya sərhədində bomba atdı - Nə baş verir?


Amerikanın B-52H Stratofortress strateji bombardmançı təyyarələri Rusiya Federasiyasının Kalininqrad vilayəti yaxınlığındakı Kudgel hərbi bazasında təlim-bombardman baş tutub.

News24.az xəbər verir ki, bu barədə NATO Birgə Hava Komandanlığı məlumat yayıb.

Əməliyyat italyan və alman qırıcıları ilə koordinasiyada həyata keçirilib.

Təlim altı kilometr yüksəklikdən lazerlə idarə olunan bombaların atılmasını ehtiva edib.

Qeyd edək ki, noyabrın əvvəlində ABŞ Britaniyadakı Mildenhall Hərbi Hava Qüvvələri bazasına dörd B-52H Stratofortress strateji bombardmançısını yerləşdirib. Sonuncu dəfə onlar Finlandiya, İsveç, Şimal dənizi və Litva üzərindən bir sıra uçuşlar həyata keçiriblər.//axar.az


Seçilən
2
1
news24.az

2Mənbələr