AZ

Netanyahu: İsrailin İrana hücumu onun nüvə proqramına zərbə vurub

İsrail İrana qarşı son hücumunda "İslam respublikasının nüvə proqramının konkret komponentini" vurub.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

 

“Bu, heç bir sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə vurulub”, - baş nazir Knessetin (parlament) iclasında bildirib.

 

Onun sözlərinə görə, bu zərbə İranın nüvə proqramını dayandırmadı, əksinə, “onun həyata keçirilməsini 10 il ləngitdi”. Netanyahu qeyd edib ki, “İran uranın zənginləşdirilməsində böyük irəliləyiş əldə edə bilib”.

 

Baş nazir əlavə edib ki, İsrail ordusu ballistik raketlərin istehsal olunduğu İranın müdafiə zavodlarına da “ciddi zərbə” vurub.

 

İsrail oktyabrın 26-na keçən gecə İrana hücum edib. Axios-a görə, zərbə ballistik raketlərin inkişafı üçün kritik komponentləri, eləcə də İranın xaricdə lazımi texnologiyalar və sifarişlərin olmaması səbəbindən tək başına istehsal edə bilmədiyi bərk yanacaq istehsalı üçün müəyyən "planet qarışdırıcıları" sıradan çıxarıb . İslam respublikası özü bəyan edib ki, İsrailin zərbələri onun hərbi potensialına təsir etməyib.

 

İnci 

 

Seçilən
64
50
sfera.az

10Mənbələr