İtaliyanın Neapol şəhərində pirotexniki vasitələr istehsal olunan zavodda güclü partlayış baş verib.
Əraziyə mülki müdafiə qüvvələri və təcili yardım maşınları cəlb olunub. Zavodun anbarında baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Təhlükəsizlik qüvvələri partlayışın başvermə səbəblərini araşdırırlar. Zavodda pirotexniki vasitələrin istehsalının qeyri-qanuni həyata keçirildiyi bildirilib. \\Axar.Az