AZ

Nyu-Yorkda "Türk Evi"nin qarşısında qadın bıçaqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi "Türk Evi"nin önündə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az MSN-ə istinadən xəbər verir ki, Manhetten adasındakı binanın qarşısında bir qadın ağır yaralanıb.
Nyu-York polis departamentinin məlumatına görə, 51 yaşlı şübhəli hadisə yerində saxlanılıb.
Rəsmilər şübhəlinin adanın digər ərazilərində daha iki nəfəri bıçaqlayaraq qətlə yetirdiyini, onun öz qurbanlarını təsadüfi seçdiyini bildiriblər.
Hadisəsinin baş verdiyi ərazi bağlanılıb, araşdırma aparılır.
Seçilən
26
50
oxu.az

10Mənbələr