AZ

Rodriqo zarafata görə cəzalandırıldı

“Tottenhem”in və Uruqvay millisinin yarımmüdafiəçisi Rodriqo Bentakur komanda yoldaşı Son Hın-Min haqqında zarafat etdiyinə görə 7 oyunluq cəzalanıb və 100 min funt-sterlinq cərimə olunub.

Publika.az xəbər verir ki, yayda sosial şəbəkələrdə Bentakurdan Son Hın-Minin formasının istəndiyi bir video yayımlanıb. “Sib? Bu həm də onun əmisi oğlunun köynəyi ola bilər. Hamısı eyni görünür”, – deyə Rodriqo cavab verib.

Uruqvaylı daha sonra koreyalı komanda yoldaşından üzr istəyib.

Seçilən
59
publika.az

1Mənbələr