AZ

Diş şaqqıltısı və güclü əzələ spazmaları: Kanadada sirli beyin xəstəliyi gəncləri öldürür

Kanadada əvvəllər məlum olmayan beyin xəstəliyinin yayılması qeydə alınıb.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "National Post" nəşri yazıb.

Bildirilir ki, bu xəstəliyə əsasən 45 yaşadək gənclər tutulur. Ölkədə artıq yüzlərlə insanın yoluxduğu müəyyən edilib. Ümumilikdə indiyə qədər azı 40 nəfərin öldüyü məlumdur.

Qeyd olunub ki, xəstəliyin əlamətləri arasında narahatlıq və yuxu problemləri, ətraflarda ağrı və tarazlıq pozğunluğu, diş şaqqıldaması, güclü əzələ spazmaları, görmə problemləri və hallüsinasiyalar var.

Nyu-Bransuik əyalətinin baş naziri Süzan Holt sirli beyin xəstəliyinin araşdırılmasında kömək üçün Kanada İctimai Səhiyyə Agentliyinə müraciət edib. Bu məqsədlə hakimiyyət artıq beş milyon dollar vəsait ayırıb.

Seçilən
92
4
hakimiyyet.az

5Mənbələr