AZ

Yonhap: Cənubi Koreya Rusiya vətəndaşını ABŞ-a ekstradisiya edib

Koreya Respublikasının hakimiyyət orqanları bu yaxınlarda Amerika şirkətlərinin məlumatlarını şifrləmək yolu ilə ələ keçirməkdə şübhəli bilinən Rusiya vətəndaşını ABŞ-a təhvil verib.

“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Adı açıqlanmayan şəxs məhkəmə qərarı və Amerika hakimiyyət orqanlarının tələbi əsasında may ayında İnchon beynəlxalq hava limanında saxlanılıb. O, ABŞ-da təhqiqat altındadır və bir neçə Amerika şirkətinə qarşı məlumatları şifrələyən “ransomware” proqramından istifadə etməkdə şübhəli bilinir.

Amerika hakimiyyətinin məlumatına görə, Rusiya vətəndaşı məlumatların şifrəsini açmaq müqabilində ona 16 milyon dollar dəyərində bitkoinlərin köçürülməsini tələb edib.

Seçilən
19
1
far.az

10Mənbələr