Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək seçki ilə bağlı iddia qaldıracaq.
OXU24.COM Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, iki konstitusiya prinsipinin - səsvermənin gizliliyi və universallığı - pozulduğunu bildirib.
Zurabişvili bildirib ki, o, ölkənin Mərkəzi Seçki Komissiyasının “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələri ilə bağlı yekun məlumatlarını tanımır.
Prezident yeni parlament seçkilərinin təyin edilməsini təklif edib.