AZ

Hesablama Palatası: Azərbaycan bu il 29 milyon tondan çox neft hasil edəcək

Bu il Azərbaycanda neft hasilatı 29,2 milyon ton təşkil edəcək.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 3 % azalma deməkdir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı ötən ilin eyni dövrünə nisbətən 3,7 % az – 24,15 milyon ton təşkil edib.

Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 7,5 % az – 30,2 milyon ton neft hasil edilib.

Seçilən
17
5
editor.az

7Mənbələr