AZ

DÇ-2026: Braziliya millisi Uruqvayla üz-üzə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünya Çempionatı 2026-nın seçmə mərhələsində XII turun görüşləri noyabrın 20-də keçiriləcək.
Oxu.Az xəbər verir ki, Boliviya Paraqvayı saat 00:00-da, Kolumbiya Ekvadoru saat 3:00-da, Argentina Perunu, Çili Venesuelanı 4:00-da, Braziliya isə Uruqvayı saat 4:45-də (bütün saatlar Bakı vaxtı ilə) qəbul edəcək.
Qeyd edək ki, aktivində 22 xalı olan Argentina seçmə mərhələnin turnir cədvəlinin vahid lideridir. Hərəyə 19 xalı olan Uruqvay və Kolumbiya sonrakı iki pilləni bölüşürlər. Braziliya 17 xalla dördüncüdür. Ekvador və Paraqvayın 16 xalı, Venesuela və Boliviyanın 12 xalı var. Peru yeddi xal toplayıb, Çili isə altı xalla sonuncu 10-cu yerdə qərarlaşıb.
20 noyabr
Dünya Çempionatının seçmə mərhələsi
XII tur
Saat 00:00, Boliviya - Paraqvay;
Saat 3:00, Kolumbiya - Ekvador;
Saat 4:00, Argentina - Peru;
Saat 4:00, Çili - Venesuela;
Saat 4:45, Braziliya - Uruqvay.
Seçilən
193
24
oxu.az

10Mənbələr