AZ

"Park Bulvar" Ticarət Mərkəzində " Visa" ilə möhtəşəm lotereya

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



25 noyabr 2024-cü il tarixindən etibarən "Park Bulvar" Ticarət Mərkəzində "Park Bulvar"da - "Visa" ilə alış-veriş sizdən, avtomobillər və hədiyyələr bizdən!" adlı stimullaşdırıcı lotereyaya start veriləcək. Lotereya 28 mart 2025-ci il tarixinə qədər davam edəcək.
Bu möhtəşəm lotereyaya qoşulmaq üçün iştirakçılar 25 noyabr 2024-cü ildən 28 mart 2025-ci il tarixinədək "Park Bulvar" Ticarət Mərkəzindəki istənilən satış məntəqələrindən "Visa" kartı ilə minimum 50 manat məbləğində alış-veriş etməli və bunun qarşılığında 1 kupon qazanmalıdırlar.
Lotereya iki tirajdan ibarət olacaq. Birinci tiraj 26 yanvar 2025-ci il, ikinci tiraj 30 mart 2025-ci il tarixində keçiriləcək. Birinci tirajın qaliblərinə 3 ədəd "Apple AirPods", 1 ədəd "Apple Watch", 1 ədəd "Apple MacBook", 2 ədəd "Apple iPhone 15", 1 ədəd "GAC GS3 Emzoom" avtomobil veriləcək. İkinci tirajın qaliblərinə isə 2 ədəd "Apple AirPods", 1 ədəd "Apple MacBook", 3 ədəd "Apple iPhone 15", 1 ədəd "Apple Watch", 1 ədəd "Hyundai Tucson Hybrid" avtomobili hədiyyə olunacaq.
Qeyd edək ki, lotereyada iştirak etmək üçün alış-veriş zamanı müştərilərdən kuponların toplanması vacibdir. Daha çox alış-veriş etdikcə daha çox şans qazanırsınız!
"Park Bulvar" Ticarət Mərkəzi sizi bu unudulmaz şansdan yararlanmağa dəvət edir!
Ətraflı məlumat üçün "Park Bulvar" Ticarət Mərkəzinin sosial media səhifələrini izləyin.
Seçilən
11
50
oxu.az

10Mənbələr