AZ

Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova seminar keçəcək.

Bu barədə İdman.biz-ə AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 10:00-da start götürəcək.

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.

İdman.biz

Seçilən
16
5
idman.biz

6Mənbələr