Abxaziya "prezident"i Aslan Bjaniya istefa verib.
Missiya.Az xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu qərar “müxalifət” və “iqtidar” nümayəndələri arasında aparılan danışıqlardan sonra qəbul edilib.
“Razılaşmalara görə, hökumət binaları kompleksinin ərazisinə toplaşan insanlar noyabrın 19-da dağılışmalıdırlar. Şərt yerinə yetirilmədiyi təqdirdə Bjaniya ərizəsini geri götürəcək”, - deyə vurğulanıb.
Məlumata görə, “prezident”dən başqa, “baş nazir” Aleksandr Ankvab da postunu tərk edəcək.
Xatırladaq ki, Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini və “prezident” Aslan Bjaniyanın istefasını tələb ediblər.
Daşqın HəsənovMissiya.Az