AZ

“Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab

COP29 başlayandan Azərbaycan əleyhinə qarayaxma, şər-böhtan kampaniyası ikiqat güclənib. Təbii ki, söhbət xüsusən də Qərbdəki erməni lobbisinə, antitürk, anti-Azərbaycan çevrələrinə bağlı qüvvələrdən, bir də 5 qəpiyə görə öz vətənini, xalqını satmış milli satqınlardan gedir.

Onlardan biri də özünün saxta “hesabatları” ilə Azərbaycana vaxtaşırı hücum edən, ünvanımıza ağlasığmaz böhtanlar və hədyanlar səsləndirən, erməni ağzı ilə danışan “Freedom House” (FH) yalançı “insan haqları” təşkilatıdır. Bu həmin FH-dır ki, 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanı “artsaxı işğal etmək”də və Ermənistan ərazisinə girməkdə ittiham etmişdi.

Erməni lobbisinin əlində çoxdan oyuncağa və alətə çevrilən “Freedom House” o vaxtdan ölkəmizə qarşı şər kampaniyasını davam etdirir. Hətta getdikcə daha heyrətamiz ittihamlar və absurd tələblər irəli sürməkdədir. Belə ki, təzəlikcə qurum Azərbaycanı yenə “Dağlıq Qarabağ ermənilərinə qarşı qəsdən etnik təmizləmə kampaniyası aparmaq”da ittiham edib və “demokratik ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə” çağırıb. Hesabatda həmçinin deyilir ki, “Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməlidir”.

Sırtıqlığın bu qədəri yəni. Ancaq bu da hələ hamısı deyil. “Freedom House” beynəlxalq ictimaiyyəti Azərbaycanın “artsax sakinlərinin təhlükəsizlik zəmanəti altında Dağlıq Qarabağa qayıtması üçün şərait yaratmasını təmin etməyə” çağırıb. Ardınca yenə həyasızcasına bəyan edilir: “Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarının pozulması hətta onların məcburi köçkündən sonra da davam edir və onların əmlakının dağıdılması, eləcə də erməni tarix və mədəniyyət abidələrinin dağıdılması şəklində özünü göstərir. Ölkələrin səyləri həmçinin YUNESKO və digər təşkilatların müstəqil monitorinq missiyaları həyata keçirmək üçün "artsax"a girişinin təmin edilməsinə yönəldilməlidir".

İşə bax, “soyqırımı”, “etnik təmizləmə”, “tarixi-mədəni irs” anlayışları, YUNESKO erməni işğalı bitəndən və terrorçu xunta rejimi ləğv ediləndən, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra yadlarına düşüb...   

Sahib

Sahib Məmmədov: “Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır”

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, “Freedom House” Azərbaycana qarşı münasibətdə “Human Rights Watch”, “Amnesty International” təşkilatlarından da qərəzli mövqedədir. Hüquqçunun sözlərinə görə, təşkilat ABŞ Dövlət Departamentindən subsidiya alır və onun tapşırıqları əsasında fəaliyyət göstərir: “Bu təşkilat bir növ departamentin strukturudur, formal olaraq QHT kimi göstərilir.  Departament birbaşa, heç bir müsabiqə keçirmədən təşkilata pul ayırır. Departamentin sifarişi ilə işləyən GONGO (Government-Organized Non-Governmental Organization) təşkilatıdır.  

“Freedom House” Azərbaycanla bağlı saxta reytinqlər təşkil edir və dünyanın ən axrıncı, interneti olmayan, rəsmi bir dövlət qəzeti və televiziyası olan dövlətlərlə yanaşı qoyur. Ən pisi də odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir. Onlar “Dağlıq Qarabağı” xəritədə ayrıca bir subyekt kimi göstərirlər. Belə təşkilatın yazdıqlarına heç fikir vermək də lazım deyil. ABŞ-ın  tapşırığını yerinə yetirən bir qurumdan nə gözləmək olar. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır. Bəllidir ki, qərəzlidirlər. 

Sonuncu dəfə Varşavada ATƏT-in tədbirində təşkilatın rəhbəri David Kamerlə mübahisə etdim. Təəssüf ki, o mənim izahatıma heç fikir də vermədi. Dediyim ki, departamentin bir şöbəsidir. Heç vaxt ABŞ-ı tənqid edə bilməz. Onun müttəfiqləri barədə artıq bir söz yazmır. Belə bədnam təşkilatın hesabatı əlbəttə ki, saxta məlumatları əks etdirəcək".  

Novella

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, bu cür təşkilatlar Qərbin Azərbaycana qarşı qısqanc münasibətinin üzdə görünən tərəfidir: “30 il bundan əvvəl nəinki Qarabağda, hətta Ermənistanda bir azərbaycanlı qoymadılar. Azərbaycanlılar bir əsrdə neçə dəfə deportasiya olundular. "Freedom House" niyə bu məsələləri dilə gətirmir. Söhbət belə faktlardan düşəndə təşkilat gözlərini yumur. 30 il bu təşkilata ermənilərin əməllərindən yazdıq, amma qulağını tutdu, gözlərini bağladı. Qərbin Milli Demokratiya İnstitutu var idi. Onların nümayəndələri ilə birgə biz rayonlara gedirdik, qaçqın-köçkünlərlə görüşürdük. Onlar insanlarımızın vəziyyətini görürdülər. Bəs insan haqları məsələlərində niyə Azərbaycana qarşı cıxırlar?! 

Bu ancaq Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qısqanc yanaşmanın nəticəsidir. Dünyada nə qədər konflikt var. Azərbaycan yeganə dövlətdir ki, konfliktli müharibəni uddu. Prezidentin açıq şəkildə çıxışları, cəsarətlə bizə qarşı edilən qərəzli münasibəti ifşa etməsi onlarda qısqanclıq, qıcıq yaradır. COP 29 öncəsi Qərbin etmədiyi hərəkət qalmadı. Qərəzlərindən etmədikləri əməl qalmadı.      

Azərbaycanın əlində əsaslar, konkret faktlar var. Bütün platformalarda bu haqda deyilməli və yazılmalıdır. Azərbaycan diasporu və lobbisi fəaliyyətə keçməlidirlər. Qoy dünya gözünü açıb ermənilərin vəhşiliyini də görsün. Əks halda, erməni diasporu bu cür təşkilatları maliyyələşdirib əleyhimizə iş görəcəklər".  

Şahanə RƏHİMLİ,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr