AZ

Paşinyan komandası ilə "saqqal təraşı"nı müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan saqqalının taraşı məsələsini komanda üzvləri ilə müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

“Nikol “inqilabi saqqal”ını təraş eləməyə təxminən iki həftə qalmış bu niyyətini dar çərçivədə müzakirə edib. O, ictimaiyyətin bunu necə qarşılayacağı ilə bağlı onların rəy və təkliflərini dinləyib.

Bunu 2025-ci il iyunun 1-nə, yəni qarşıdan gələn seçki kampaniyası və 50 illik yubileyinə buraxmaq təklifi edilib. Paşinyan razılaşıb, amma bir neçə gün sonra həmin müzakirə iştirakçılarını təəccübləndirərək onlara “ağ yanaq” göstərib”, - məqalədə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
10
teleqraf.com

1Mənbələr