G20 Liderlər Sammitinin bəyannaməsi dərc olunub.
Turkustan.az xəbər verir ki, bəyannamədə Qəzzada baş verən humanitar fəlakət, İsrail-Livan sərhədindəki münaqişələr və Ukraynadakı müharibəyə toxunulub. Yoxsulluq, bərabərsizlik, aclıq və süni intellektdən istifadə kimi mövzular da müzakirə edilib.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitinin 85 maddəlik bəyannaməsi dərc olunub.
Qəzza Zolağındakı humanitar vəziyyət "fəlakətli" olaraq xarakterizə edilib. Bəyannamədə humanitar yardıma ehtiyac vurğulanıb. Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna malik olduğu vurğulanaraq, iki dövlətli həll təklif edilib.
İsrail-Livan sərhədində hərtərəfli atəşkəsin dəstəkləndiyi açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az