İstanbul Boğazında gəmi hərəkəti iki istiqamətdə dayandırılıb.
Kommersant.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, İstanbul Boğazında məhdud görünüşə səbəb olan sıx duman səbəbindən gəmi hərəkəti iki istiqamətdə və müvəqqəti olaraq dayandırılıb.