17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gələcək.
Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.
Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.
Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta