AZ

Bağçada müəmmalı hadisə - VİDEO

Yaponiyanın cənub-qərbindəki uşaq bağçasından ayaqqabılar yoxa çıxanda polis və müəssisə işçiləri çaşqınlıq içərisində qalıb. Maraqlısı da o idi ki, ayaqqabıların cütü deyil, təki oğurlanırdı.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu maraqlı hadisə haqqında məlumat ölkə mətbuatında yayılıb.

Bağça müdiri noyabrın əvvəlində 10 uşağa məxsus 15 ayaqqabı yoxa çıxdıqdan sonra polisə müraciət edib. Ertəsi gün daha üç ayaqqabı yoxa çıxıb. Uşaqların yalnız qapalı yerlərdə geyindiyi digər ayaqqabılar isə yerə səpələnmiş halda tapılıb.

Məlumata görə, bu ayın əvvəlində baş vermiş iki insidentin istintaqını yekunlaşdıra bilməyən polis oğrunun bir daha hücum etməyəcəyinə ümid edərək üç müşahidə kamerası quraşdırıb.

Noyabrın 11-nə keçən gecə Fukuoka prefekturasının Koqa şəhərindəki Qoşo Kodomo-en uşaq bağçasından ayaqqabı itəndə müstəntiqlər nəhayət ayaqqabı oğurluğu şübhəlisini tutduqlarına inanaraq CCTV görüntülərini nəzərdən keçiriblər.

Lakin məlum olub ki, cinayətkarın dörd ayağı, narıncı-qəhvəyi xəzi və iti caynaqları olub.

Kamera görüntüləri göstərirdi ki, ötən gecə divarın arxasından dələ peyda olub, uşaq ayaqqabılarının saxlandığı şkaflara yaxınlaşıb və ağzına bir ağ ayaqqabı götürüb. Bu isə cəmi 10 saniyə ərzində baş verib.

Çikuşi Coqakuen Universitetinin professoru Hiroşi Sasaki, ayaqqabıları oğurlayan dələnin yuvasını düzmək üçün ayaqqabılardan istifadə etdiyini söyləyib.

Bununla belə, ayaqqabıların harada olduğu hələ də məlum deyil və uşaq mərkəzi “cinayətkarlığın qarşısının alınması tədbiri” olaraq gecə vaxtı siyirmələri torla örtməklə hadisələrin təkrarlanmasının qarşısını çalışır.

Seçilən
20
6
news24.az

7Mənbələr