AZ

Dövlət İmtahanındakı zəif nəticəyə görə məzun məktəbi MƏHKƏMƏYƏ VERDİ

Rusiyalı məzun Vahid Dövlət İmtahanında zəif nəticə göstərdiyi üçün məktəbi məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

18 yaşlı Kursk sakini iddia edir ki, onun imtahanda uğursuzluğu imtahan verməzdən bir neçə ay əvvəl baş vermiş dava ilə bağlıdır.

2024-cü ilin yanvarında sinif yoldaşı onunla dava edib və o, xəstəxanaya düşüb.

Yaralandığına görə Kursk sakini dövlət imtahanına hazırlığı ən azı 21 gün təxirə salmağa məcbur olub ki, bu da son nəticəyə təsir edib. Ancaq müəllimlərdən heç biri kömək etməyib.

Oğlan mənəvi əzabını 100 min rubl (təxm. 1700 man) qiymətləndirib. Onun sözlərinə görə, hələ də dərman qəbul edir, pis yatır, narahatlıq keçirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr