AZ

Böyük Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünü alqışlayır - Nazir

Bakı. Trend:

Böyük Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünüalqışlayır.

Trend xəbər verir ki, bunuBöyük Britaniyanın ətraf mühit naziri Meri Kriq "COP to COP -Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nailolmağın açarı" mövzusunda keçirilən tədbirdə deyib.

"Biz sağlam və dayanıqlı ərzaq sistemlərinin yaradılması üçünzəruri şərt olan su təhlükəsizliyinin təmin olunmasına investisiyaetməliyik. Bununla yanaşı, siyasətlərdə islahatlar aparmalı vəsubsidiyaları insanların, iqlimin və iqtisadiyyatların xeyrinəyönəltməliyik.

Hökumətlər hər il kənd təsərrüfatı və ərzaq sektorunamilyardlarla dollar dəstək ayırır. Lakin mövcud siyasətlərin çoxvaxt ətraf mühitə zərər verən və hətta ərzaq və qidalanmatəhlükəsizliyini, iqtisadi artımı və dolanışıq mənbələrini zəiflədəbiləcək arzuolunmaz stimullar yaratdığına dair sübutlarımızvar.

Mən BƏƏ bəyannaməsi çərçivəsində götürülmüş öhdəliklərin yerinəyetirilməsi üçün əməkdaşlıq etməyi və, həmçinin, COP30 sədrliyidövründə Braziliyanın kənd təsərrüfatı və iqlim dəyişiklikləri üzrəgündəliyi liderliklə idarə edəcəyinə ümid edərək, onunla əməkdaşlıqetməyi səbirsizliklə gözləyirəm.

Nəhayət, mən COP29 sədrliyinin məqsədlərimizi uyğunlaşdırmaq vəonların birgə təsirini gücləndirmək məqsədinə yönəlmiş "BakuHarmoniya" təşəbbüsünü alqışlayıram", - deyə Meri Kriq qeydedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

3Mənbələr