AZ

Sağlamlıqla bağlı birgə tədbirlərin görülməsinin vaxtı çatıb - Çadia Vannu

Sağlamlıqla bağlı qabaqcıl tədbirlərin görülməsinin vaxtı çatıb. Bunu  Vahid Sağlamlıq üzrə Qlobal Koordinator  Çadia Vannu COP29 beynəxalq tədbiri zamanı "Vahid Sağlamlıq: Konsepsiyadan gerçəkliyə" mövzusunda təqdimat zamanş deyib.
 
"Vəziyyəti dəyişməyin vaxtı çatıb. Qabaqcıl tədbirlər görməliyik. Əvvəlki kimi ölkələr olaraq təkbaşına davrana bilmərik. Nəzərə almalıyıq ki xəstəliklərin 70% heyvanlardan keçir. Fəlakətlər baş vermədən kordinasiyalı onun qarşısını almaq imkanımız daha çoxdur. COVİD pandemiyası trilyon dollara başa gəldi. Qarşımızda olan riskləri birgə ram etməyin vaxtı çatıb", - o COP29-da çıxışı zamanı bildirib. 
 
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Vahid Sağlamlıq Konfransı” öz işinə başlayıb.
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Seçilən
8
anews.az

1Mənbələr