AZ

İranın xarici işlər naziri SEPAH-ı müharibəyə hazır olmağa çağırıb

İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşündə düşmənə öz mövqelərini göstərmək üçün mümkün böyük silahlı münaqişəyə hazırlıq görməyə çağırıb. 

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran XİN-nin mətbuat xidməti məlumat yayıb.

“Müharibəyə hazırlaşmaq onun qarşısını alır. Əgər siz onun baş verməsinin qarşısını almaq istəyirsinizsə, gücünüzü göstərməli, müharibəyə və müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz.
Bu, müharibənin qarşısını alacaq. Əgər siz qarşıdurmaya hazır olmadığınızı göstərən ən kiçik zəiflik nümayiş etdirsəniz, sizə müharibə tətbiq olunacaq”, - deyə onun mətbuat xidməti Əraqçinin sözlərindən sitat gətirib.

Seçilən
11
2
ucnoqta.az

8Mənbələr