AZ

“Carlsberg Azerbaijan” şirkəti ilə WWF-Azerbaijan arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

COP-29 çərçivəsində “Mavi Zona”da Ümumdünya Təbiəti MühafizəFondunun (WWF) pavilyonunda Fondun Azərbaycan nümayəndəliyi və“Carlsberg Azerbaijan” şirkəti arasında qarşılıqlı anlaşmamemorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər regionlara su təminatı, ətrafmühitin mühafizəsi və yerli icmalara dəstək istiqamətində layihələrüzrə əməkdaşlıq edəcəklər.

“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru AliusAntulis bildirib ki, Carlsberg Group-un “Birlikdə SIFIRAdoğru və daha İrəli” dayanıqlı inkişaf strategiyası Azərbaycanda daicra olunur:

“Strategiya çərçivəsində 2015-2023-cü illərdə su sərfiyyatını21.3%, karbon tullantılarını isə 18.1% azaltmışıq. Ətraf mühitinmühafizəsi və yerli icmalara dəstək hər zaman bizim üçün əsasprioritetdir. WWF-Azerbaijan ilə əməkdaşlığımız da “Birlikdə SIFIRAdoğru və daha İrəli” strategiyasında nəzərdə tutduğumuz hədəflərəçatmaqda bizə dəstək olacaq. İnanıram ki, dəyərli tərəfdaşlarımızınpeşəkar yanaşması və bizim investisiyalarla Azərbaycanda ətrafmühitin qorunmasına töhfə verəcəyik”.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinindirektoru Elşad Əsgərov isə “Carlsberg Azerbaijan”şirkəti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını vurğulayıb: “Bubizim təşkilatın Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə biznessektoru ilə imzaladığımız ilk belə sənəddir. Əminəm ki,əməkdaşlığımız çərçivəsində yerli icmalara dəstək göstərməkləonların təbiətlə harmoniyada yaşamasına nail olacağıq”.

Anlaşma memorandumu 3 il müddətinə imzalansa da, tərəfləruzunmüddətli əməkdaşlıqda maraqlıdırlar.

Qeyd edək ki, Xırdalanda yerləşən pivə zavodu 2008-ci ildənCarlsberg Group-un bir hissəsidir. Hazırda zavodun istehsal gücüildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isəAzərbaycanın 12,500 mindən artıq ticarət məntəqəsində təqdimolunub. Şirkət Azərbaycanda 16 ildən çox müddəti əhatə edənfəaliyyət dövründə biznesi genişləndirib və pivə sənayesinininkişafına 65 mln manatdan çox investisiya edib. Şirkət sahilyanıtəmizləmə aksiyaları, tullantıların idarə edilməsi layihələri, ağacəkmə fəaliyyətləri və “Tullantılardan sənətə” kimi sərgilər dədaxil olmaqla müxtəlif dayanıqlı inkişaf təşəbbüslərini fəalşəkildə dəstəkləyir.

WWF-Azerbaijan 20 ildən artıqdır ki, ölkənin biolojimüxtəlifliyinin qorunması və bərpası üçün mühüm layihələr həyatakeçirir. İcmaların təbii resurslardan asılılığının azaldılması,insan - vəhşi təbiət münaqişələrinin həlli, ekoloji maarifləndirməbu layihələrin əsas komponentlərindən olmuşdur.

“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
“Carlsberg
Məqalədə:
Seçilən
19
5
az.trend.az

6Mənbələr