Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis əməkdaşları arasında qarşıdurma başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri TASS agentliyi yayıb.
Nəticədə müxalifətin 16 nümayəndəsi saxlanılıb. Onlardan üçü daha sonra zaminə buraxılıb.
Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-sı keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib.
Bunun ardınca ölkədə seçkinin nəticələri ilə razılaşmayan vətəndaşlar etiraz aksiyasına başlayıblar. Aksiyaçılar noyabrın 17-si axşam saatlarında bir çox küçələrdə çadırlar qurub, ətraf ərazilərdən skamyalar gətirərək yola yığıblar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta