AZ

Azərbaycan İrəvanda hərbi qulluqçular arasında güləş üzrə dünya çempionatına GETMƏYƏCƏK

Azərbaycan İrəvanda hərbi qulluqçular arasında güləş üzrə dünya çempionatında iştirak etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Dövlət Unitar Müəssisəsinin idman bədən tərbiyəsi xidmətinin rəisi Arman Davtyan bildirib.

“Azərbaycan nümayəndə heyəti gəlməyəcək. Bütün CISM (Beynəlxalq Hərbi İdman Şurası – red.) tədbirlərinə dəvəti təşkilatçı ölkə deyil, CISM-in özü verir və heç bir ölkə dəvətdən imtina edə bilməz. Azərbaycan millisi ərizə təqdim etməyib və Ermənistana gəlməyəcək”, – Davtyan bildirib.

Davtyan dünya və Avropa çempionları ilə təmsil olunan Türkiyənin iştirakına da münasibət bildirib.

Ermənistanı təmsil edən idmançıların isə belə nailiyyətləri yoxdur və yalnız 23 yaşadək çempionatlarda nəticə əldə ediblər. O, Ermənistandan olan iştirakçıların başqa ölkələrə əsaslanaraq seçilmədiyini, millinin mövcud qanuni imkanlar çərçivəsində ən güclü komanda kimi formalaşdığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr