AZ

Nazir: Tibb sahəsində problemlərin olduğunu heç kim inkar etmir

“Tibb sahəsində problemlərin olduğunu heç kim inkar etmir, bu sahədə təkmilləşmə aparılmaqdadır"

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət,

Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, vacib tibb xidmətlərinin göstərilməsinə vəsaitlərin ayrılması məsələsi hamını, bütün cəmiyyəti narahat edən məsələdir: "Əsasən büdcə ili ərzində də Dövlət büdcəsinin ehtiyat fondundan bu məsələyə vəsait ayrılır. Amma bu məsələyə daha institusional yanaşmaya ehtiyac var. Aidyyəti nazirliklərlə birlikdə bu istiqamətə vəsait ayrılması məsələsinə baxmalıyıq. Bu istiqamətdə təkliflər hazırlanıb, hökumətə təqdim olunacaq və daha sonra Milli Məclisə də məlumat veriləcək".

Nazir 65 yaşı tamam olmuş həkimlərin təqaüdə göndərilməsinin rayonlarda tibb məntəqələrinin fəaliyyətində problemləri dərinləşdirməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.

“65 yaş məsələsi ilə bağlı müzakirələrdə diqqətli olmalıyıq. O vaxt işsizlik məsələsi qaldırılır, dövlətdən bu sahədə tənzimləmə gözlənilirdi. Dövlət də bunu etdi və 65 yaş məsələsini qəbul etdi”, - deyə Samir Şərifov vurğulayıb.

Seçilən
25
apa.az

1Mənbələr