AZ

“Qarabağ Universiteti mərkəzin bir çox universitetlərinə güclü rəqibdir”

30 ildən çox düşmən tapdağı altında qalan Azərbaycan torpaqlarının işğaldan azad olunmasından qısa müddət sonra Prezident İlham Əliyevin göstərişi ilə quruculuq və bərpa işləri sürətlə aparılmağa başlandı. Müxtəlif istiqamətdə aparılan bərpa işlərindən biri də təhsil sektoru idi. Prezidentin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti təsis edildi. Universitetin inzibati binası, yataqxanası, maddi-texniki bazası qısa bir müddətdə tədrisə hazır vəziyyətə gətirildi. 2024-2025-ci tədris ilində ali təhsil müəsisələrinə qəbul prosesində Qarabağ Universiteti də artıq tələbə qəbulu elan edərək plan yerlərini ictimaiyyətə açıqladı.

Qarabağ Universitetinin qısa müddətə bərpa olunaraq tələbə qəbulu elan etməsi ictimaiyyətdə sevinc duyğusu ilə yanaşı bəzi tərəddüdləri də özündə formalaşdırmışdı. Cəmiyyət yeni açılan universitetin tədris prosesindəki fəaliyyətini maraqla izləyir, universitet barədə yenilikləri diqqətdən yayındırmırdı. Hər kəs həyəcanla Qarabağ Universitetinin ayırdığı plan yerlərinə abituriyentlərin münasibətini və hansı bal aralığında olanların qəbulunu gözləyirdi. Nəhayət qəbul nəticələri açıqlandı və Qarabağ Universiteti tarixi bir uğurla statistikaları alt-üst etdi. Yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini seçim etməsi hər kəsi təəccübləndirdi. Sanki abituriyentlər bu universitetin ilk tələbəsi olmaq və bu sevinci yaşamaq üçün bir-biri ilə yarışa girmişdi.

Sonuncu ilin qəbul nəticəsinə əsasən, 600 baldan yuxarı nəticə göstərən 101 tələbə, 500-599 bal aralığında 284 tələbə, 400-499 bal toplayan 344 tələbə Qarabağ Universitetini seçim etmişdir.

Nəticələrinin və keçid ballarının elan olunmasından sonra Qarabağ Universitetinin bir neçə universitetlərlə eyni ixtisaslar üzrə müqayisəsi diqqət çəkdi. Ölkənin paytaxtında olan ali təhsil ocaqları ilə rəqabətə girən Qarabağ Universiteti bir çox ixtisaslarda onlardan üstün nəticə göstərmişdi. Aşağıdakı cədvəl ilə bəzi müqayisələri apardıqda Kompyuter mühəndisliyi ixtisası üzrə ən prestijli universitetlər ilə rəqabət halında olaraq bir çox universitetləri geridə qoymuşdur. 

 

 

İnşaat mühəndisliyi ixtisası üzrə Neft və Sənaye Universiteti ilə  Memarlıq İnşaat universitetindən yüksək nəticə göstərdiyinin şahidi oluruq. Elektrik-Elektronika mühəndisliyi ixtisası üzrə İqtisadiyyat Universiteti xaricində digərlərindən yaxşı nəticə göstərmişdir. Logistika və Nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə bu sahənin ən prespektivli Universiteti olan Milli Aviasiya Akademiyası ilə yaxın rəqabətdə olduğu hiss olunur. İqtisadiyyat yönümli iştisaslarda ciddi şəkildə digər universitetlərlə müqayisədə yüksək nəticə göstərməsi açıq aydın görülməkdədir .Pedoqoji ixtisaslar üzrə region universitetlərindən yüksək nəticə göstərərək mərkəz universitetləri ilə az bal fərqlə rəqabət halındadır. Beynəlxalq münasibətlər və 

hüquqşünaslıq ixtisası üzrə region universiteti olmasına rəğmən yüksək keçid balı diqqətdən yayınmır. Cədvəldə qeyd olunan ballar hər bir universitetə aid ixtisaslar üzrə dövlət sifarişli əsaslarla keçid ballarıdır.

Ümumiyyətlə, Qarabağ Universitetinin bir çox ixtisas üzrə yaxın gələcəkdə Mərkəzin ən güclü universitetləri ilə ciddi rəqabətdə olacağı qeyd edilir. Təhsil alanların həm tədris, həm də sosial cəhətdən Qarabağ Universitetindən məmnunluğu ifadə edilir. Tələbələrin bu məmnuniyyəti növbəti illərdə keçid ballarının yüksəlməsindən xəbər verir.

Ramin Nurəliyev, təhsil üzrə eksperti,  ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis. 

Seçilən
14
redaktor.az

1Mənbələr