Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı intensiv qaydada icra edilir.
Valyuta.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob keçirib. Fləş-mobda Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə "Şuşa” sözünü "canlandırıblar”. Fləş-mob haqqında hazırlanmış videoçarxı təqdim edirik.