AZ

Bayden Konqresdən 100 milyard dollar istədi

ABŞ prezidenti Co Bayden Helen və Milton qasırğalarının vurduğu fəlakət bölgələrinə təcili əlavə büdcə ayırmağı xahiş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden məsələ ilə bağlı Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Consona məktub yazıb.

Qasırğalardan təsirlənən Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında ailələri, iş adamları və səlahiyyətlilərlə görüşdüyünü ifadə edən Bayden, daha əvvəl də böyük qasırğalardan sonra büdcənin təmin edildiyinə diqqət çəkərək, Konqresi “təcili hərəkətə keçməyə” çağırıb.

Qeyd edək ki, Baydenin Konqresdən tələb etdiyi təcili əlavə büdcə təxminən 100 milyard dollara bərabərdir.

Seçilən
3
2
operativmm.az

5Mənbələr