AZ

QONDARMA RESPUBLİKANIN "PREZİDENTİ" ETİRAZÇILARIN TƏZYİQİNƏ DÖZMƏDİ VƏ...

Gözlənildiyi kimi, işğal altındakı Abxaziya regionunun “prezidenti” Aslan Bjania davam edən etirazlar fonunda istefa verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “prezidentin mətbuat xidməti” məlumat yayıb. Bjaniya ilə yanaşı, “Baş nazir” Aleksander Ankvabın da öz vəzifəsini tərk etdiyi bildirilir. Bjaniya qərarı “ölkədə” sabitliyi və “konstusion nizamın” qorunub saxlanılması məqsədilə qəbul etdiyini qeyd edib. Bjanianın vəzifəsini “vitse-prezident” Badra Qunba icra edəcək.

Qondarma Abxaziya Hakimiyyəti ilə müxalifət arasında qarşıdurma Rusiyanın Abxaziyada mənzillərin tikintisini nəzərdə tutan investisiya sazişinə görə başlayıb. Qondarma Parlament noyabrın 15-də “sənəd”i ratifikasiya etməli idi, lakin etirazların başlaması ilə əlaqədar məsələyə baxılması təxirə salınıb. 

Qarşıdurma rəsmi Kremlin nəzarətindədir və lazımi tədbirlər görüləcəyi bildirilir.

A.Məmmədli

Seçilən
19
tezadlar.az

1Mənbələr