AZ

Mətbuat konfransında rus dilində danışmaqdan imtina etdi

style='margin-bottom:10px;'>

Bu gün Millətlər Liqasının 6-cı turunda Albaniya öz meydanında Ukrayna millisini qəbul edəcək.

QOL.az xəbər verir ki, matçdan əvvəl - dünən Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. 

Tədbirdə Rebrov Ukrayna dilində danışmağa başlayıb. Bu zaman onun sözlərini albancaya çevirməli olan tərcüməçi bu dili bilmədiyini söyləyib və məşqçidən fikirlərini rus dilində bildirməyi xahiş edib.

Amma məşqçi bundan imtina edib və ingiliscə danışmağa başlayıb.

Məsələ ilə əlaqədar Albaniya Futbol Federasiyasından bildirilib ki, rus və Ukrayna dillərini oxşar dil hesab edirlər. Bu səbəbdən onlar məhz həmin tərcüməçini mətbuat konfransına təhkim ediblər. 

Seçilən
36
teleqraf.com

1Mənbələr