AZ

İqlim dəyişikliyi artıq baş verib - Yalçın Rəfiyev

Bakı. Trend:

İqlim dəyişikliyi artıq baş verib. Onun təsirləri bütün dünyaüzərindəki icmalar tərəfindən daha intensivliklə hiss olunur vədaha çox insanın həyatını itirməsinə səbəb olur.

Trend xəbər verir ki, bubarədə xarici işlər nazirinin müavini, COP29 baş danışıqçısı YalçınRəfiyev “COP29-da uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi: milliuyğunlaşma planlarının formalaşdırılması və həyata keçirilməsi üzrəirəliləyiş” adlı iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, dəniz səviyyəsinin yüksəlməsindən tutmuşekstremal hava hadisələri, quraqlıq və daşqınlara qədər çətinliklərçox böyükdür.

“Uyğunlaşma artıq istəyə bağlı deyil, bizim təcrübələrimizdənbiridir. Qlobal Fond bizim uyğunlaşma səylərimizdə geri qaldığımızıvurğulayır. Ona görə də uyğunlaşmanın irəliyə doğru getməsi üçünsiyasi iradəmizə ehtiyacı var. Biz sürətlə hərəkət etməliyik vəhamımızın uyğunlaşma səylərini sürətləndirmək üçün lazımi diqqət vədəstəyə ehtiyacı var.

Biz qlobal uyğunlaşmanın, o cümlədən qlobal iqlimə davamlılıqüçün Aİ çərçivəsinin həyata keçirilməsinə nail olmalıyıq. Milliuyğunlaşma planları uyğunlaşma və iqlim gündəliyimiz üçün mühüməhəmiyyət kəsb edir”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr