AZ

Azərbaycan turizmi Ankara Beynəlxalq Turizm və Səyahətlər Sərgisində təmsil edilib — FOTOLAR

14-17 noyabr tarixlərində Türkiyədə Ankara Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilib. Ankara Ticarət Odası tərəfindən təşkil edilən sərgidə Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunub.

Demokrat.az xəbər verir ki, bu barədə AFN.az-a məlumatında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, sərginin ilk günü sağlamlıq turizminin bu günü və gələcəyi ilə bağlı panel görüşməsi baş tutub. Burada bu sahədə Azərbaycan təcrübəsi və beynəlxalq əməkdaşlıq mövzusunda geniş çıxış edən R.Quliyev həmçinin Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) haqqında da iştirakçılara geniş məlumat verib.

Sərginin ikinci günü B&B görüşlərlə davam edib. Daha sonra Ankarada fəaliyyət göstərən sağlıq quruluşlarına ziyarət edilib. Ruslan Quliyev diqqətə çatdırıb ki, sərgidə Qlobal Sağlamlıq Turizmi Şurasının üzvləri də yaxından iştirak edib. Tədbir çərçivəsində qurumun növbəti toplantısının tarixi müəyyənləşirilib, eyni zamanda 2025-ci il üçün fəaliyyət planı təsdiqlənib.

Qeyd edək ki, Ankara Beynəlxalq Turizm və Səyahətlər Sərgisi dünyanın müxtəlif ölkələrinin sağlıq turizmi təmsilçilərinin görüş yeri olmaqla, bu il 35 ölkədən 80 sağlamlıq turizmi müəssisəsini bir araya gətirib.

 




 
Seçilən
12
demokrat.az

1Mənbələr