AZ

Adam bıçaqlayan keçmiş diplomatla bağlı yeni qərar

Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun barəsində həbs qətimkan tədbiri uzadılıb.

Turkustan.az Report-a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə müstəntiqin vəsatəti əsasında Emin İbrahimov barəsində tədbir daha 2 ay uzadılıb.

Qeyd edək ki, Emin İbrahimov bu ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun, iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
17
8
turkustan.az

9Mənbələr