AZ

Qəzzada ölənlərin sayı açıqlandı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 50 nəfər artaraq 43 min 972-yə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 410 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 hücumda 50 nəfərin həyatını itirdiyi, 110 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 43 min 972-yə, yaralananların sayı isə 104 min 8-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Seçilən
65
15
cebheinfo.az

10Mənbələr