AZ

Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar

AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.

hakimiyyet.az xəbər verir ki, "ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcəklər.

Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.

Seçilən
13
9
hakimiyyet.az

10Mənbələr